ANAMA sədri: "Ermənistanın mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir"

ANAMA sədri: "Ermənistanın mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir"
# 05 sentyabr 2022 12:45 (UTC +04:00)

“Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir, çox qeyri-peşəkar səviyyədə tərtib olunub”.

APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Sədr qeyd edib ki, istənilən halda məlumatlar minatəmizləyənlərə ötürülür: “İstənilən yeni sahədə minatəmizləmə əməliyyatlarına başlayan zaman bütün məlumatlar araşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR