AQTA: 1000-ə yaxın bağçada yoxlama keçirilib, inzibati intizam tədbirləri görülüb

AQTA: 1000-ə yaxın bağçada yoxlama keçirilib,  inzibati intizam tədbirləri görülüb
# 07 iyul 2022 10:58 (UTC +04:00)

Ölkə ərazisində fəaliyyət göstərən 1600-dən çox məktəbəqədər təhsil müəssisəsindən 1000-ə yaxınında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq yoxlama-nəzarət tədbirləri keçirilərək inzibati intizam tədbirləri görülüb.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinqdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, nəticələr haqqında məlumatlar Təhsil Nazirliyinə təqdim olunub.

"Gələcək perspektivdə ölkə qarşısında duran əsas çağırışlardan biri, xüsusilə yeniyetmələrin, şagirdlərin düzgün qidalanmasının təşviq edilməsi, qida təhlükəsizliyi məsələlərinə diqqətin artırılmasından ibarətdir. Hesab edirik ki, bu prosesdə UNİCEF-in böyük töhfəsi var. Məlumat üçün bildirim ki, biz UNİCEF-lə digər istiqamətlərdə də əməkdaşlıq edirik, o cümlədən "Məktəblilərin qida bələdçisi" layihəsi çərçivəsində həssas əhali kateqoriyasına daxil olan məktəblilərin düzgün qidalanması istiqamətində gələcəkdə də oxşar səylərin davam etdirilməsini məqsədəuyğun hesab edirik", - deyə Elxan Mıkayılov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR