AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin ölümü ilə bağlı yeni məlumat açıqlanıb.
APA-nın xəbərinə görə, 41 yaşlı alimin intihar etdiyi məlum olub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
***
10.35
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.
İnstitutdan APA-ya verilən xəbərə görə, alim dünən axşam saatlarında vəfat edib.
O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.