Autizm və daun sindromlu 50 uşağa reabilitasiya keçirilib - FOTO

Autizm və daun sindromlu 50 uşağa reabilitasiya keçirilib - FOTO
# 24 may 2022 15:43 (UTC +04:00)

“Sağlam Həyatın Təbliği” İctimai Birliyi fevralın 1-dən “Fərqliliyin fərqinə varmadan birgə yürüyək” adlı layihənin icrasına başlayıb.

Birlikdən APA-ya verilən xəbərə görə, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Bildirilib ki, 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan autizm və daun sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətləri göstərilib və onların valideynləri ilə maarifləndirici təlimlər keçirilib.

Qeyd olunub ki, layihənin icrası iyunun 1-də başa çatır və layihənin məqsədlərinə uyğun olaraq 50 nəfər autizm və daun sindromlu uşaqlara reabilitasiya keçirilib, onların ailələri ilə görüşlər təşkil olunub, problemləri mütəxəssislər tərəfindən dinlənilib və problemlərin həll olunması üçün müvafiq dövlət qurumlarına yönləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR