Avropa Azərbaycan Məktəbi yeni tədris ilinə hazırdır

Avropa Azərbaycan Məktəbi yeni tədris ilinə hazırdır
# 22 sentyabr 2022 10:52 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbi 25 Avqust 2022 ci il tarixində 2022-2023-cü tədris ilini açıq elan edib.

APA xəbər verir ki, məktəbin hər iki korpusunda məktəb icmasının iştirakı ilə açılış mərasimi təşkil edilib. Məktəbin şagirdlərinin təqdimatında nümayiş etdirilən ifa və çıxışlar fonunda məktəb rəngarəng açılış mərasiminə səhnə olub. Uşaqlar rəqs, mahnı ifası və səhnəciklər təqdim etməklə məktəbin ilk günündə bayram abhavası ilə məktəbli yoldaşlarını salamlayıblar.

Avropa Azərbaycan Məktəbi erkən tədris mərkəzi, ibtidai və orta təhsil pillələri üzrə 2022-2023-ci tədris ili üçün şagird qəbulu elan edir.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmış beynəlxalq özəl məktəbdir. Məktəb, həmçinin yüksək keyfiyyətli beynəlxalq təhsili təmin edən təşkilatın, Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin üzvüdür.

Avropa Azərbaycan Məktəbi yüksək səviyyədə təhsil imkanları ilə təmin edilən iki müasir tədris binasında fəaliyyət göstərir.

Məktəbdə olimpiya standartlarına tam uyğun gələn idman zalı və üzgüçülük hovuzları, səmərəli istirahət üçün yay oyun və idman meydançaları, informasiya texnologiyaları laboratoriyaları və böyük konqres zalı, hər iki korpusda fəaliyyət göstərən yüksək keyfiyyətli və müxtəlif çeşidli yemək təklif edən yeməkxanalar var.

Bundan əlavə orta məktəbdə tam təchiz edilmiş və təhlükəsiz olan elmi laboratoriya mövcuddur. Məktəbdə, həmçinin, iki tədris binasını birləşdirən və şagirdləri nəqliyyatla təmin edən “Məktəb avtobusu” xidməti fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbinin məzunları məktəbdə yaradılan təhsil imkanlarından bəhrələnərək hər il dünyanın müxtəlif ölkələrində bir sıra ali məktəblərə qəbul olurlar. Məktəbin 2022-ci il məzunları da bu ənənəni davam etdirərək təqdirəlayiq nəticələr əldə ediblər və bütün məktəb icmasının fəxri olublar.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbinin 2022-ci il məzunları yüksək nəticələrlə dünyanın bır sıra aparıcı universitetlərinə qəbul oldular. İB qəbul balı üzrə ən yüksək göstərici olan 45 xal üzərindən 44 xal toplayan məzun Fidan Məhərrəmova İngiltərədə İmperial Kollecin Biokimya fakültəsinə daxil olub. 42 xal toplayan Aytac Aslanlı isə ABŞ-ın Perdue Universitetinə qəbul olunub. Ümimilikdə, sinif üzrə 70% şagird 30+, 11 % şagird isə 40+ toplayaraq təqdirəlayiq nəticə əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR