Azad olunan ərazilərdə tikiləcək ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin sayı açıqlanıb

Azad olunan ərazilərdə tikiləcək ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin sayı açıqlanıb
# 16 noyabr 2022 18:44 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə yerləşən qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin tikintisi və tibbi xidmətin təşkili nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

2023-2025-ci illərdə Səhiyyə Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İTSDA, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsi, 41 ailə sağlamlıq mərkəzinin və 33 tibb məntəqəsinin tikintisinin başa çatdırılmasını təmin etməlidir.

Yekunda 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin başa çatdırılması və tibbi xidmətin təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR