Azad olunmuş ərazilərdə tullantıların idarə olunması üçün layihə hazırlanıb

Azad olunmuş ərazilərdə tullantıların idarə olunması üçün layihə hazırlanıb
# 07 oktyabr 2022 16:12 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə tullantıların idarə olunması üçün layihəyə start verilib.

APA xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sanitar poliqonların qurulması nəzərdə tutulub:

“Zəngilan, Laçın, Füzuli, Qubadlı və digər rayonlarda artıq ərazilər seçilib. ANAMA tərəfindən həmin ərazilər təmizlənib. Hazırda prosesin layihələndirmə işləri aparılır”.

O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində köç ilə əlaqədar olaraq artıq komissiya tərəfindən seçilən müvəqqəti poliqonda məişət tullantılarının daşınması və zərəsizləşdirilməsi işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR