Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində əməliyyatlarını davam etdirir

Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində əməliyyatlarını davam etdirir
# 09 fevral 2023 12:09 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

APA-nın Türkiyə ezam olunmuş müxbiri Səlcuq Elçin xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər şəhərin Milli Egitim küçəsində, zəlzələ nəticəsində çökmüş Bəyaz Saray yaşayış binasında axtarış işləri aparır.

Bundan başqa, FHN-in xilasetmə qrupları şəhərin digər ərazilərində də fəaliyyət göstərir.

Qeyd edək ki, Kahramanmaraşda ümumilikdə FHN-in 725 nəfər əməkdaşı axtarış işlərinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR