“Azərbaycandan böyük nümayəndə heyəti gələn həftə Antalya Diplomatiya Forumuna qatılacaq”.
APA-nın xəbərinə görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, bu, çox əhəmiyyətli bir tədbir olacaq.
“Biz də məmnuniyyətlə bu tədbirdə iştirak edəcəyik”, – nazir qeyd edib.