Azərbaycanda 5-ci ikili diplom beynəlxalq proqramı hazırlanır

Azərbaycanda 5-ci ikili diplom beynəlxalq proqramı hazırlanır
# 09 sentyabr 2022 10:28 (UTC +04:00)

"2019-2023 Dövlət Proqramı" çərçivəsində 2 bakalavriat, 2 magistratura İkili diplom proqramı olmaqla, 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir.

APA xəbər verir ki, bunu "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir.

"Bu ilin sonuna qədər işlərin yekunlaşacağı gözlənilir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin olunublar".

Turan Topalova vurğulayıb ki, xaricdə doktorantura təhsili almaq üçün daha çox üz tutulan ölkələr Türkiyə, Birləşmiş Krallıq, Almaniya, ABŞ və Fransadır: “Prioritet ixtisaslar isə iqtisadiyyat və idarəetmə, təbiət, səhiyyə və rifah, texnika və texnologiya, humanitar və sosial, təhsil və kənd təsərrüfatıdır. Bu il 12 doktorantın ölkəyə geri qayıdacağı gözlənilir”.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə ilkin mərhələdə 673 müraciət olmuşdu. Onlardan 327 tələbə proqrama qəbul edilib. 80-i bakalavriat, 247 nəfər magistratura. Tələbələr 18 ölkədə təhsil alacaqlar. Prioritet ölkılır Böyük Britaniya, Almaniya, Türkiyə, ABŞ və Belçikadır.

Ən çox müraciət olunan ixtisaslar mühəndislik, iqtisadiyyat, maliyyə, informasiya, təhsil sahələridir.

İlk qəbulda sənədlərini düzgün təqdim etməyən şəxslər üçün yenidən müraciət etmələri üçün şərait yaradılıb. Belə ki, ikinco mərhələdə 247 müraciət daxil olub. Qeyd etdiyim kimi onlar arasında birinci mərhələdə də müraciət edənlər olmuşdu. Yeni müraciətlərin sayı isə 80-dir. İkinci mərhələnin məticələri yaxın zamanda açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR