Azərbaycanda 9 ildir malyariyaya yoluxan yoxdur

Azərbaycanda 9 ildir malyariyaya yoluxan yoxdur
# 17 mart 2023 15:00 (UTC +04:00)

9 ildir malyariyanın yerli yoluxması baş vermir.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən “2022-2026-cı illər üçün Azərbaycan Respublikasında malyariyanın bərpa olunmasının qarşısının alınması üzrə Yol Xəritəsi” təsdiq olunub və respublikada malyariyaya qarşı aparılan tədbirlərin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, ölkənin malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Texniki Məsləhət Qrupu tərəfindən malyariya ilə mübarizə üçün təşkil olunmuş nəzarət və cavab tədbirləri sisteminin effektivliyi və dayanıqlılığının qiymətləndirilməsi aparılıb və bunun əsasında “İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət üzrə Milli Strategiya”nın layihəsi hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR