Azərbaycanda ana və körpə ölümlərinin azalmasına nail olmaq hədəflənib

Azərbaycanda ana və körpə ölümlərinin azalmasına nail olmaq hədəflənib
# 22 iyul 2022 13:18 (UTC +04:00)

Azərbaycanda 2022‒2026-cı ilədək ana və körpə ölümlərinin azalması dinamikasına nail olmaq hədəflənib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2020-ci ildə Azərbaycanda ana ölümü hər yüz min nəfərə 15.8, körpə ölümü hər min nəfərə 9.8 olub.

Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə 2022‒ 2026-cı ilədək körpə ölümü üzrə müvafiq göstəricinin 9,3-ə, ana ölümü üzrə müvafiq göstəricinin 12,9-dək azalmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR