Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 30 dekabr 2021 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32103 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25718 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11318107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5166741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4673411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1477955 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR