Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 19 noyabr 2022 16:44 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 594 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 42 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 918 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 803, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 909, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 600 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR