Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 27 dekabr 2022 16:31 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 930 256, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 777, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 553 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR