Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 18 yanvar 2023 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 354 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 109, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 938 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 427, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 997 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR