Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 02 mart 2023 18:31 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 376 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 101, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 134, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 949 573, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 366, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 407, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 653 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR