Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 02 iyun 2023 17:01 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 530 nəfər müalicə olunaraq sağalıb, 10 275 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 830, hazırkı dövrədək isə 7 624 100 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR