Azərbaycanda daha 42 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 42 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
# 25 yanvar 2023 20:25 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 459 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 244 nəfərdir.

Ölkədə son sutka ərzində 2 294, hazırkı dövrədək isə 7 477 729 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR