Azərbaycanda meşə sahələrinin seyrəkləşməsi davam edir

Azərbaycanda meşə sahələrinin seyrəkləşməsi davam edir
# 24 may 2022 11:06 (UTC +04:00)

Azərbaycanda meşələrin vəziyyətinin yaxşılaşdırılması və onların qorunması istiqamətində irimiqyaslı meşəsalma və meşə bərpa işləri aparılır.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, bununla yanaşı ölkədə təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiya hələ də müşahidə olunur.

"Bunun əsas səbəblərindən biri də zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pisləşməsidir. Zərərli orqanizmlərin ölkədəki yabanı bitki növlərinin areallarına və mədəni bitki növlərinin əkin sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün kənd təsərrüfatı və meşə sahələrində və digər yaşıllıq ərazilərdə zərərli orqanizmlərdən mühafizə məqsədilə kompleks tədbirlər həyata keçirilir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR