Azərbaycanda son sutkada 371 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda son sutkada 371 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
# 14 sentyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9 873 nəfər vəfat edib, aktiv xəstə sayı 2 060 nəfərdir.

Ölkədə son sutka ərzində 3 664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR