Azərbaycanda son sutkada 70 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 70 nəfər COVID-19-a yoluxub
# 19 sentyabr 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 819 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 652 nəfərdir.

Ölkədə son sutka ərzində 1 788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR