Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
# 09 mart 2023 18:02 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 950 865, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 839, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 359, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 931, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 736 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR