Azərbaycanda son sutkada COVID-19 əleyhinə vaksin vurulmayıb

Azərbaycanda son sutkada COVID-19 əleyhinə vaksin vurulmayıb
# 12 sentyabr 2022 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, ötən gün müxtəlif mərhələlər üzrə vaksinasiya olunanlar qeydə alınmayıb.

Hazırda vurulan vaksinlərin ümumi sayı 13 873 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 956, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 371 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 435 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR