Azərbaycanda təhsil alan əcnəbilərin sayı açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 30 dekabr 2021 11:49 (UTC +04:00)

Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi Azərbaycanda təhsil almaqdadır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, HTP çərçivəsində cari tədris ilində Macarıstan, Qazaxıstan, Çin Xalq Respublikası vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

Ümumilikdə 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR