Azərbaycanın meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq

Azərbaycanın meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq
# 29 aprel 2022 16:55 (UTC +04:00)

“2023-cü ilin sonuna qədər Azərbaycanın bütün meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq”.

APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev deyib.

O, bildirib ki, “Azərkosmos” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında danışıqlar aparılır:

“Danışıqlar uğurlu nəticə verərsə, hazırlanacaq yeni proqram çərçivəsində ağac növlərinin, meşə və kol cinslərinin bir-birindən ayırd edilməsi üçün texniki imkanlar yaranacaq. Eyni zamanda, innovativ tədbirlərdən biri də meşə fondu torpaqlarının region xəritələrinin yazılmasıdır. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanılıb. 2023-cü ilin sonuna qədər meşə fondu ərazilərinin xəritələrinin elektronlaşdırılması yekunlaşdırılacaq. Artıq 19 rayon üzrə meşə ərazilərində ölçmə işləri aparılıb. Bəzilərində artıq kameral işlər də yekunlaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR