Bahar Muradova sığınacaqların az olmasının səbəblərini açıqlayıb

Bahar Muradova

© APA | Bahar Muradova

# 25 yanvar 2022 12:59 (UTC +04:00)

“Hər bir insan üçün ən təhlükəsiz sığınacaq onun ailəsi olmalıdır”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, ilk növbədə insanların özlərini ailələrində təhlükəsiz, azad, sərbəst, qorxusuz hiss etməsinə çalışmalıyıq: “Biz bütün ailə mühitini sığınacaqlarla əvəz edə bilmərik. Sığınacaq həvəsi digər məsələləri arxada qoymamalıdır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, həm QHT-lərin nəzdində, həm də dövlət proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan sığınacaqlar var, yenilərinin də yaradılması planlaşdırılır: “Bu, müxtəlif regionları əhatə etməlidir. O da nəzərə alınmalıdır ki, şiddətə məruz qalan sığınacaqda məskunlaşırsa, şiddətə məruz qoyan onun yerini bilməməlidir. Ona görə də hər kənddə, şəhərdə sığınacaq olmasına ehtiyac yoxdur. Bizdə hətta dövlət sığınacaqlarının sayı az olsa belə, bu sığınacaqda qalmağa məcbur qalanlar üçün çətinliklər yoxdur, onlar həmin sığınacaqlara yerləşdirilə bilir. Bu, onu göstərir ki, ya zorakılıq sığınacağa yerləşdirilmə həddinə qədər göstərilməyib, yaxud zorakılığa məruz qalan şəxs hələ dözür. Ona görə düşünürəm ki, cəmiyyətin münasibətini, ailə daxilində bu məsələyə münasibəti dəyişək, hər kəs öz yaxınına, doğmasına şiddət yox, qayğı göstərsin“.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR