Bakı Dövlət Universitetinin müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin müəllimi vəfat edib
# 08 sentyabr 2022 11:37 (UTC +04:00)

Bakı Dövlət Universitetinin müəllimi Nərgiz Abasova vəfat edib

Universitetdən APA-ya verilən xəbərə görə, Nərgiz Abas qızı Abasova BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi olub.

Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib. Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR