Bakıda avtomobil sexləri yanıb

Bakıda avtomobil sexləri yanıb
# 24 aprel 2022 08:38 (UTC +04:00)

Bakıda avtomobil sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya veriilən məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 43 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları qismən və lambirindən ibarət tavanı yanıb.

Hadisə nəticəsində sexin içərisində təmirə dayanan "Ford " markalı minik avtomobilinin yanar hissələri və avadanlıqlar, bitişik ümumi sahəsi 25 m² olan digər sexin dam örtüyünün taxta atmaları da 5 m² sahədə yanıb.

Hər iki sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR