Bakıda dəniz sahilində çoxlu sayda plastik hissəcik aşkarlanıb - YENİLƏNİB

Bakıda dəniz sahilində çoxlu sayda plastik hissəcik aşkarlanıb - YENİLƏNİB
# 21 noyabr 2022 17:05 (UTC +04:00)

Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

APA xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib:

“Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edillib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb".

V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.

10:49

Goradil və Fatmayıda dəniz sahilində çoxlu sayda plastik hissəcik aşkarlanıb.

APA xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən xəbərdardılar: “Hazırda Nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR