Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib - FOTO

Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib - FOTO
# 18 iyun 2022 17:43 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, aksiya zamanı ümumi tutumu 2622 litr olan plastik butulka yığılıb.

Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova qeyd edib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib:

“Aksiyanın yay mövsümündən başlanılması xüsusi önəm kəsb edir. Çünki bu mövsümdə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”.

S. Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sumqayıtda keçiriləcək. Bu barədə elan Nazirliyin saytında və sosial şəbəkələrdə öncədən paylaşılacaq.

Növbəti günlərdə aksiya həmçinin regionlarımızda da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR