Bakıda yataqxanada partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Bakıda yataqxanada partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
# 10 may 2023 10:50 (UTC +04:00)

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yataqxanada partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb edilib.

Qeyd edilib ki, hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 5 nəfər (3-ü kişi cinsi, 2-si qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar:

"Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Eyni zamanda yanıq xəsarətləri ilə 2 nəfər (1-i kişi cinsi, 1-i qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR