Bakının əsas magistrallarında sürət həddi endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib
# 20 yanvar 2022 09:43 (UTC +04:00)

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

APA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib. BNA bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyyatlı olmalarını tövsiyə edib: "Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meteoroloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etməlidilər. Sərnişinlər avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR