Baş prokurorun müavini: Gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək şərait yaradılıb

Baş prokurorun müavini: Gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək şərait yaradılıb
# 07 sentyabr 2022 12:53 (UTC +04:00)

Gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək şərait yaradılıb.

APA xəbər verir ki, bunu Baş Prokurorun müavini Heydər Məmmədov Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutmuş “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin bağlanış mərasimində deyib.

Tədbirdə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov Yay Məktəbinin yüksək peşəkarlıqla təşkil olunmasına və orada təlimçi qismində prokurorluq əməkdaşlarının iştirakına görə Vəkillər Kollegiyası və Gənclər Fonduna təşəkkürünü ifadə edib.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin dayandığını vurğulayan Heydər Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırıb.

Heydər Məmmədov çıxışında hüquqşünas tələbələrin praktiki bacarıqlarının formalaşması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən layihələrin uğurlu nəticələrindən bəhs edib.

Nəzərə çatdırılıb ki, prokurorluq orqanlarında eyni zamanda gənc könüllülərin fəaliyyətindən səmərəli istifadə davam etdirilir.

Qeyd olunub ki, hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan fəal gənclər təcrübə toplamaları, asudə vaxtlarının səmərəli təşkili, eləcə də onların özlərinin prokurorluğun fəaliyyətinə qatqılarını vermələri məqsədilə könüllü olaraq işlərə cəlb edilmələri təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR