Müdafiə nazirinin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə baş çəkilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bayramlar münasibətilə onlara sovqatlar təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.
Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, Müdafiə Nazirliyinin nümayəndələri şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanıblar.
Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.
Bayramlar münasibətilə şəhid ailələri ziyarət olunub - VİDEO
01 yanvar 2022 13:25 (UTC +04:00)
Sosial
Dövlət Təhlükəsizliyi Xidmətində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
19:46
10 may 2024
Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
17:08
10 may 2024
ADY ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO
15:59
10 may 2024
FHN-də Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - VİDEO
15:54
10 may 2024