Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri təcili eniş edib

Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri təcili eniş edib
# 22 yanvar 2022 05:10 (UTC +04:00)

Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 döyüş helikopteri təcili eniş edib.

APA xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Müəyyən edilmiş uçuşların yerinə yetirilməsi zamanı Mi-24 helikopterinin ekipajı bortun enerji blokunda nasazlıqlar aşkarlayıb. Pilot yerə təcili eniş etmək qərarını verib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb”, - məlumatda bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR