BŞTİ: Fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək

BŞTİ: Fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək
# 01 fevral 2023 17:18 (UTC +04:00)

Seritifikatlaşdırmadan keçən müəllimlərə yanvar ayında əlavələrin əməkhaqqıları ilə birgə köçürülməməsinə aydınlıq gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb.

"İlin əvvəli elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək" - deyə bildirilib.

Qeyd edək ki, bəzi müəllimlər maaşlarının kəsildiyini iddia ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR