Türkiyədə baş vermiş güclü zəlzələlərdən zərər çəkmiş insanlara köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəstək aksiyası başlayıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün daha 10 TIR yardım Türkiyəyə yola salınıb.
Göndərilən TIR-lardan birində Əlahiddə Ümumqoşun Ordu tərəfindən verilən 43 çadır dəsti, 2 mini generator, eləcə də, qızdırıcı, istilik ləvazimatları olub. Digər 9 TIR-a isə əsasən qida, geyim, uşaq bezi, qablaşdırılmış su, yataq, yorğan dəstləri, xalçalar yığılaraq göndərilib.