Bu il 211 məktəbə yeni direktor təyin olunub

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 30 dekabr 2021 11:46 (UTC +04:00)

2021-ci ildə ümumilikdə 12154 vakansiya üzrə müsabiqə elan edilib. Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub.

APA-nın məlumatına görə, bu, Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında yer alıb.

Qeyd olunub ki, 3794 nəfər müddətsiz, 5866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.

Həmçinin bildiirlib ki, 2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasən ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub.

2021-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində rekord sayda- 62 242 müraciət qəbul edilib. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR