Bu il 32 universitetin akkreditasiyası aparılacaq

Ülkər Səttarova

© APA | Ülkər Səttarova

# 28 yanvar 2022 13:46 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin yeni sədri Ülkər Səttarova Agentliyin bu il ərzində görəcəyi işlər barədə açıqlama verib.

Ü. Səttarova APA-ya açıqlamasında bildirib ki, bu il 32 universitetin instusional səviyyədə akkreditasiyası gözlənilir: "Bundan əlavə, bir çox universitetin monitorinqi aparılacaq. Eyni zamanda, orta təhsil üzrə “Məktəb inspektoru” layihəsinin genişləndirilməsi nəzərdə tutulur. Qeyri-formal təhsil istiqamətində bir çox şirkət və nazirliklərlə birgə layihələr planlaşdırılır. Yəni, ali təhsil sənədi tələb olunmayan, məsələn, aşpaz, saç ustası, bərbər, mobil telefon ustası və s. kimi qeyri-formal sahələr üzrə işlər genişlənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR