Bu il 42 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 42 mindən çox şəxsə əlillik təyin edilib
# 06 sentyabr 2022 11:56 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında 42511 şəxsə əlillik təyin edilib.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

O bildirib ki, bunlar arasında təkrar əlillik təyinatı üstünlük təşkil edir: “Belə ki, 28 914 şəxsə təkrar əlillik, 13 597 nəfərə isə ilkin əlillik təyinatı aparılıb. Mütəmadi olaraq vətəndaşların müraciətləri cavablandırılıb. Əlillik təyin olunan xəstəliklər arasında onkoloji, nevroloji və psixi xəstəliklər üstünlük təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR