Bu il 6 nəfərə minimum əmək haqqının 5 misli miqdarında müavinət verilib

Bu il 6 nəfərə minimum əmək haqqının 5 misli miqdarında müavinət verilib
# 04 oktyabr 2022 18:03 (UTC +04:00)

2022-ci ilin yanvarın 1-dən etibarən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş misli məbləğində Dövlət Sosial Müdafiə Fondu tərəfindən birdəfəlik müavinət verilir.

Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraaq bildirilib ki, bu günə olan məlumata görə, həmin kateqoriyadan olan 6 nəfər şəxsə müavinət ödənilib.

Qeyd edək ki, bu müavinətin ödənişi vətəndaşın müraciəti əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR