Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub

Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub
# 13 may 2022 15:47 (UTC +04:00)

Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən APA-ya verilən xəbərə görə, şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri davam edir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Həmin şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vurduqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR