Bu il icbari tibbi sığorta üzrə 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur

Bu il icbari tibbi sığorta üzrə 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur
# 06 iyun 2022 13:34 (UTC +04:00)

“Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Zaur Əliyev bildirib ki, bu saylar Agentliyin büdcəsinə və mövcud texniki imkanlara uyğun müəyyən edilib: “Bu məsələdə tibb müəssisələrinin potensialı da nəzərə alınır. Hazırda işlər gedir, yeni briqadalar yaradılır, digər klinikalar bu istiqamətdə iş aparır. Hesab edirəm ki, gələcəkdə biz bu sayı artıra bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR