Bu il repatriasiya olunmuş 122 şəxs sosial reabilitasiyaya cəlb edilib

Bu il repatriasiya olunmuş 122 şəxs sosial reabilitasiyaya cəlb edilib
# 05 dekabr 2022 15:29 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə ölkəmizə qaytarılmış 122 repatriantı sosial reabilitasiya və re-inteqrasiya xidmətlərinə cəlb edib.

Agentlikdən APA-ya verilən xəbərə görə, onlarla bağlı sosial-psixoloji dəstək tədbirləri davam etdirilir.

Ümumilikdə isə hazırda 152 ailə üzrə 409 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu istiqamətdə iş aparılır.

Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR