Bu il XI sinfi bitirən şagirdlərin sayı açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 10 iyun 2022 14:49 (UTC +04:00)

2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR