Cəlilabadda məktəbdə istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib

Cəlilabadda məktəbdə istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib
# 13 yanvar 2023 20:42 (UTC +04:00)

Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb.

"Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib" - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR