Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanılıb

Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri

© APA | Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri

# 31 dekabr 2021 11:57 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə,
Onlardan 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.
Faktla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR