Co Bayden inflyasiyanın azaldılması ilə bağlı qanun layihəsini imzalayıb

Co Bayden inflyasiyanın azaldılması ilə bağlı qanun layihəsini imzalayıb
# 17 avqust 2022 02:44 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden inflyasiyanın azaldılması ilə bağlı qanun layihəsini imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yer alıb.

Yeni qanun səhiyyə, enerji, vergi islahatları, kəsirin azaldılması və emissiyaların azaldılması üçün xərcləri azaldır.

Təsdiq edilmiş sənəd 430 milyard dollarlıq layihəni əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR