Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub - FOTO

Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub - FOTO
# 28 sentyabr 2022 14:45 (UTC +04:00)

Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Xalq artisti Mənsum İbrahimov təqdim ediblər.

Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib.

Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib.

İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir.

Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Mənzil təqdim edilən şəhid ailələri və müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR